Türkiyənin, bir nömrəli “stand up” ustasının iki günlük Bakı qastrolu zamanı maraqlı anlarla müşaiyət oldu. Bakı Konqress zalında səhnəyə çıxan ünlü komediyen media mənsublarının önündə ilginc açıqlamalarda bulundu. İlk öncə bilet qiymətlərinə təpki göstərən Cem Yılmaz bunu özünəməxsus şəkildə şərh etdi. Şəhidlər xiyabanını ziyarət edən sənətçi qardaş ölkə mədəniyyəti haqqında heyranlıqla danışdı və dönüşdə milli musiqi alətlərimizdən olan tar alaçacığını söylədi.​
Cem Yılmaz bəzi müğənni və şou – biznes əhlinin də bostanına daş atmağı unutmadı – “​ ​ Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram. Aygün Kazımovanı, İradə İbrahimovanı, Raufu tanıyıram. Aktyorları isə tanımıram”.
Bəzi sənət adamlarımız isə Cem Yılmazı bəyənmədiklərini sosial şəbəkədən duyurdu. Əməkdar artist, “Planeta parni iz Baku” teatrını rəhbəri Tahir İmanov onun yumorunu anlamadığını və təqib etmədiyini bildirdi
Nadir Qafarzadə Türkiyənin ən populayar sənətçisini… aşağılayaraq “qıjı” adlandırdı.​
Yəqin ki, Cem Yılmaz bunlardan inciməyəcək. Öz ölkəsində də belə hallar tez tez olur.​