Belarus parlamentinin aşağı palatasına noyabrın 17-də keçirilmiş seçkinin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyası parlamentə Vətənpərvər Partiyası, Əmək və Ədalət Partiyası, Liberal Demokrat Partiyası və “Belaya Rus” İctimai Birliyi təmsilçilərinin düşdüyünü bəyan edib. Onların heç biri müxalif qurum deyil.

Novator.az-ın məlumatına görə, Nümayəndələr Palatasındakı 110 yer uğrunda 513 namizəd mübarizə aparıb.

1994-cü ildən Belarusda prezident kürsüsünü Aleksandr Lukaşenko tutur.

İlk dəfə 5 il müddətinə seçilən 1954-cü il təvəllüdlü Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda iki dəfədən çox prezident seçilməyə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010, 2015-ci illərdə də dövlət başçısı seçilib.