Peterburq Universitetinin dosenti, Fransa hərb tarixi araşdırmaçısı , bu ölkənin ali mükafatı olan​ Fəxri Legion ordenili , dosent Oleq Sokolov tələbəsi və eyni zamanda məşuqəsi olan aspirant Anastasiya Yeşenkonu​ amansızcasına qətlə yetirib. Qətlin üstü təsadüfən açılıb, belə ki, qatil ailb qadının orqanlarını ayıraraq, onu şəhərin müxtəlif səmtlərinə atıb. Ən son olaraq, kəsilmiş qolları Neva çayına atarkən həyəcandan özü də çaya düşüb və ətrafdakıları köməyə çağırıb. Xilas edilən alimin çantasından iki kəsilmiş qol tapılıb. Xatırladaq ki, alim – manyak 2008 – cı ildə başqa bir məşuqəsini ütü ilə yandırmışdı. O zaman alimin nüfuzu nəzərə alınaraq bu işə xitam verilmişdi.​