Gürcüstan parlamentinin seçki qanunvericiliyinə dəyişikliklə bağlı Konstitusiya düzəlişini qəbul etməməsi müxalifətdə bir-birinə zidd olan bütün partiyaları bir araya gətirib. Müxalifət artıq aksiyalara start verib. Eks – prezident Mixail Saakaşvili də müxalifətə dəstək verdiyini açıqlayıb.​

Hakim​ Gürcü Arzusu fraksiyasının tərkibində parçalanma yaşanıb. Belə ki, vitse-spiker Tamar Cuqoşvili partiyadan ayrıldığını bildirib. O, parlamentdə sözügedən düzəlişin əleyhinə səs verməyin onun üçün qırmızı xətt olduğunu söyləyib.

Cuqoşvili ilə bərabər partiyanı daha 7 deputat – Avropa İnteqrasiyası Komitəsinin sədri Tamar Xulordava, Təhsil Komitəsinin sədri Mariyam Caşi, Xarici Əlaqələr Komitəsinin sədri Sofi Kaçarava, deputatlar Dmitri Çkitişvili, İrina Pruidze, Georgi Mosidze, Zaza Xuçişvili də tərk edib.