Keçən gün Almaniya Daxili İşlər Nazirliyinin apardığı əməliyyatlar nəticəsində Azərbaycandan Almaniya və Avropanın digər ölkələrinə qanunsuz miqrant gətirən şəbəkə ifşa olundu. Həbs olunanlar arasında Azərbaycanda kifayət qədər tanınmış simalar var. Ehtimal olunur ki, həbslər davam edəcək. Hələlik həbs olunanlar bunlardır

1) Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2) Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini.

3) Abdin Cavadov – Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu.

4) Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri.

5) Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü.

6) Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir.

Qeyd edək ki, “Neytral.info” saytında mühacir biznesinin mexanizmi, bu şəbəkənin iş prinsipi haqqında ətraflı, sislsilə ​ araşdırma dərc olunacaq.