İnterfaks agentliyinin verdiyi məlumata görə, Rusiya Minskə Su-30SM qırıcılarının alınmasına maliyyə yardımı təklifi ilə yanaşı, Belarusda öz aviabazasını yerləşdirmək istəyib, bu barədə “Belarus 1” telekanalına Respublika Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas bildirib.

Onun sözlərinə görə, Belarus rəhbərliyi bu təklifi qəbul etməyərək, qırıcıları öz gücü ilə almaq qərarına gəlib.

“Rusiyanın ​ bizim torpağımızda hərbi hava bazasının yerləşdirilməsi öz hərbi aviasiyamızın inkişaf problemini həll etmir”,-deyə Zais qeyd edib. ​

Onun sözlərinə görə, heç Rusiyanın buna o qədər də ehtiyacı yoxdur, çünki rus raketləri bir bir neçə saniyəyə Avropanın istənilən nöqtəsinə çata bilər.