Türkiyə iqtidarının terrorçu təşkilat elan etdiyi FETÖ ilə ilişkilərinə görə təxminən 3 il həbsdə yatan jurnalist Əhməd Altan bir həftə öncə azadlığa çıxmasına baxmayaraq, yenidən həbs edildi. Bu haqda yazarın advokatı Fügen Çalıquşu özünün sosial şəbəkə hesabından məlumat verdi. Xatırladaq ki, yazar dəfələrlə dövlətə və onun yüksək vəzifəli şəxslərinə, o cümlədən Atatürkə qarşı təhqir dolu yazısından müxtəlif illərdə həbs cəzası almışdır.