Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) gözlənilən istefalar başlandı. Buna qədər təkbaşına istefalar qeydə alınırdısa, hazırda bu hallar bir qədər kütləvi xarakteri ilə fərqlənir. Bələdiyyə seçkilərində ölkənin ən böyük şəhərlərini müxalif Cumhuriyyət Xalq Partiyasına uduzması və AKP – də Abdullah Gül, Əli Babacan və Əhməd Davudoğlu kimi partiya qurucularının istefasından sonra bu proses gözlənilirdi. Siyasi ekspertlər yeni partiya yaradılması ilə bu prosesin daha da sürətlə gedəcəyini proqnozlaşdırırlar.​
AKP Kütahya vilayət​ Başkanı Ali Çetinbaş, Amasya ​ vilayət​ başkanı Mehmet Ünek, Amasya şəhər​ Başkanı Necmettin Topsakal ve Kadıköy eski rayon​ Başkanı İsa Mesih Şahin, bu günlərdə hakim partiyadan istefa verdilər.​