Meksika Prezidenti həyatımı xilas etdi, buna görə minnətdarıq.

Meksikaya sığınan Evo Morales Meksikaya gəlir​ – gəlməz açıqlamalarda bulundu. Bildirdi ki, bir neçə saat gec çıxsmaq onun həbsi ilə nəticələnə bilərmiş, belə ki, ordu generalları onun ələ verən şəxsə pul mükafatı təyin ediblərmiş.​

“Təəssüf ki, bəzi polislər də çevrilişdə iştirak etdi. Sukre və Potosi merləri istefa verməyə məcbur oldular. Onlar qorxduqları üçün deyil, ailələri ilə təhdid edildiklərinə görə istefa verdilər. Biz artıq qan tökülməsin, qarşıdurma olmasın deyə istefa verdik. Siyasətdən ayrılmayacam, yaşadığım müddət ərzində mübarizəmi davam etdirəcəyəm. Əminik ki, bütün dünya xalqlarının azad olmaq hüququ var. Zülmü, marginallaşmanı və alçaldılmağı bitirdiyimizə inanırdıq, ancaq həyat və vətənə hörmət etməyən bir qrup meydana çıxdı”.

Qeyd edək ki, Morales ordunun təzyiqindən dolayı istefa verib və Meksikadan sığınacaq istəyib, rəsmi Mexikonun razılığı ilə eks-prezident sözügedən ölkəyə gedib.