Türkiyənin Nevşehir bələdiyyəsi 10 noyabr Atatürkün vəfatı ilə əlaqədar özünün rəsmi Tvitter səhifəsindən paylaşdığı foto etirazlara səbəb oldu.​
Türkiyə Cumhuriyyətinin qurucusuna sayğısılzlıq olaraq, paylaşımda Atatürkün rəsmi yerinə… R.T.Ərdoğanın portretini paylaşan bələdiyyə qardaş ölkədə qınaq obyektinə çevrildi. Sosial şəbəkə istifadəsiləri , siyasətçilər, müxtəlif peşə sahibləri bu hörmətsizliyi şiddətlə qınadılar . Bir istifadəçi isə, Rusiyanın Türkiyədəki səfirliyinin Atatürk paylaşımını örnək göstərərək, hakim partiyadan olan bələdiyyə başçısını ittiham etdi. Başqa çıxış yollarının olmadığını görən bələdiyyə yetkililəri paylaşımı silsələr də, Atatürk portreti ilə paylaşımı qoymaqdan vaz keçdilər.