Argentinanın futbol yığmasının keçmiş hücumçusu və baş məşqçisi Dieqo Maradona Boliviyanın keçmiş prezidenti Evo Moralesin kütləvi etiraz aksiyalarından sonra istefa verməsi ilə bağlı fikirlərini bölüşüb.

“Report” xəbər verir ki, bu barədə o, özünün “Instagram”dakı səhifəsində yazıb. “Heyfsilənirəm ki, Boliviyada çevriliş təşkil edilib. Boliviya xalqına və Moralesə acıyıram – yaxşı insana, hansına ki, həmişə sadə vətəndaşlar üçün işləyib”, – deyə keçmiş futbolçu yazıb.

O, öz fikirlərini Boliviyanın keçmiş prezidenti ilə birlikdə arxiv fotosu ilə bilikdə paylaşıb.
Xatırladaq ki, Evo Moralesin istefasına baxmayaraq, ölkədə vəziyyət hələ də gərgin olaraq qalır.

​Müxalifət tərəfdarları ilə istefa verən prezident qüvvələri arasında toqquşmaların baş verdiyi bildirilir.

La Pasın Təhlükəsizlik rəhbəri Xose Antonio Barreneseya ötən gün ölkədə sabitliyin bərpası istiqamətində qan tökülməməsi məqsədilə əhaliyə çağırış edib.

Boliviya polisi iğtişaşların qarşısının alınması, sabitliyin bərpa edilməsi üçün kifayət qədər gücü olmadığını bildirib.

Elə bu səbəbdən də yerli polis tərəfindən respublikanın silahlı qüvvələrinə müraciət edilərək ölkədə nizam yaratmaq üçün yardım edilməsi istənilib.