Narkobaron el Çaponun oğlu​ Ovidio Qusmanı həbs ən polis dəstəsinin bir üzvü 150-dən çox güllə ilə öldürüldü.

Meksikalı narkobaron​ el Chaponun oğlu Ovidio Qusman Lopesin həbsində iştirak edən polis, dayanacaqda​ avtomobili gülləbəran edilərək öldürülüdü.​

Görüntülər qara şüşəli​ avtomobilin polis avtomobilinə yaxınlaşdığını və ən azı iki killerin​ ​ polisin yerləşdiyi avtomobilə atəş yağmuruna tutduğunu göstərir.​

Səlahiyyətlilər, təxminən 150 gülləinin polisin bədənindən və maşından çıxarıldığınıbəyan etdilər.​

Xatırladak ki, narkokartelin lideri Sinaloa el Çaponun oğlu polis tərəfindən oktyabrın 17-də Kuliakanda saxlanılandan sonra , şəhərdə hökümət gücləri​ ilə kartel arasında toqquşmalar başlamışdı.Münaqişələrin kəskinləşməsindən ehtiyat edən Meksika prezidenti Andres Manuel Lopez Obrador şəhərin təhlükəsizliyini təmin etmək üçün El Chaponun oğlu Ovidio Qusman Lopesi azad etmişdi.