“Arsenal”ın futbolçuları Məsut Özil və Sead Kolaşinaça silahlı hücum edən şəxslərdən ​ Eşli Smitə 10 il həbs cəzası verilib.

Məhkəmə qarşısına çıxan E.Smit və C.Nortover günahlarını etiraf ediblər. Cinayətin əsas təşəbbüskarı olan Eşli Smit 10 il müddətinə azadlıqdan məhrum edilib. Ona kömək edən Cordanla bağlı yekun qərar isə daha sonra veriləcək.

Xatırladaq ki, Özil və komanda yoldaşı Sead Kolaşinaç bu ilin iyul ayında bıçaqlı hücuma məruz qalıb. Kolaşinaç və yaxınlıqdakı restoranda çalışanların səyi nəticəsində soyğunçular heç bir qənimət əldə edə bilmədən qaçmışdılar.