UEFA Avropa liqi 4 – cü turunda Kipr təmsilçisi APOEL – lə oyunun son yarım saatına 1:0 qalib girən QARABAĞ 1:2 hesabı ilə məğlub oldu.

Dünən Avropa Liqasının qrup mərhələsində 4-cü turunda​ Azərbaycanın yarışdakı yeganə təmsilçisi “Qarabağ” Kipr səfərində meydana çıxıb. Qurban Qurbanovun başçılıq etdiyi komanda Nikosiyadakı görüşdən məğlub ayrılıb. Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə 1/16 final mərhələsinə çıxmaq yolunda böyük addım atmış olacaqdı. Amma “Qarabağ” üstün oynadığı oyunu məğlubiyyətlə başa vurub. Bu məğlubiyyətdən sonra “Qarabağ” turnir cədvəlindəki ikinci pillədəki yerini itirərək üçüncü pilləyə düşüb.