Türkiyənin daxili işlər nazirinin​ İstanbul meri​ Əkrəm İmamoğluna axmaq deməsi və İmamoğlunun ona cavabı Türkiyə Yüksək seçim qurumunu hərəkətə keçirib. Qurum Ə. İmamoğlunun Soyluya cavab zamanı işlətdiyi “əsil axmaqlıq 31 mart seçkilərinin nəticələrini ləğv etdirənlərdir” ifadəsinin özlərinə təhqir kimi qəbul edir. Əslində İmamoğlu YSQ – nı yox, onlara təyziq edən iqtidar nümayəndələrini axmaq adlandırmışdı.​
​ Xatırladaq ki, Əkrəm İmamoğlu 31 mart İstanbul Böyükşəhər bələdiyyəsi seçkilərində iqtidar namizədi Binəli Yıldırıma təxminən 14 min səs fərqi ilə qalib gəlsə də seçki nəticələri Ərdoğan hakimiyyəti tərəfindən həzm edilməmiş və nəticələr ləğv edilmişdi. Hətta Yüksək Seçim Qurumunun başçısı Sadi Güvən İmamoğlunu rəsmi olaraq qalib elan etmişdi. Təkrar seçkilərdə isə İmamoğlu bu fərqi 800 minə çıxararaq, mövcud hakimiyyətə, həm də öz qərarını ləğv edən YSQ – ya​ sarsıdıcı zərbə endurmişdi.​