“Gələn həftə Nümayəndələr Palatasının kəşfiyyat Komitəsi impiçmentin araşdırılması çərçivəsində ilk açıq iclasını keçirəcək”, – deyə ABŞ Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsinin sədri Adam Şiff sosial şəbəkələrdə öz hesabında bildirib.

ABŞ prezidenti Donald Trampın istintaqı çərçivəsində keçiriləcək dinləmələr gələn həftə başlayır. ABŞ Nümayəndələr Palatasının kəşfiyyat üzrə Komitəsinin başçısı​ Adam Şiff noyabrın 13-də açıq dinləmələr çərçivəsində ABŞ-ın Kiyevdəki sabiq səfiri Uilyam Teylor və dövlət katibi Corc Kentin, noyabrın 15-də isə 2016-cı ildən 2019-dək Kiyevdə xidmət edən ABŞ-ın sabiq səfiri Mari Jovanoviçin ifadələri alınacağı​ bəyan edib.