Məhşur “Qurdlar vadisi” serial layihəsinin rəhbəri, Polad Alemdarı canladırıan Necati Şaşmazın qardaşı Raci Şaşmazın adı mənzil fırıldağında hallanır. Belə ki, onun da ortağı olduğu tikinti şirkəti İstanbulun Fikirtəpə səmtində inşa edilən “Broklyn” tipli evlərdən mənzil alanların böyük bir qismi məhkəməyə müraciət edib. Onlar pulunu ödədikləri mənzilləri ala bilmirlər. Mənzillər bir neçə dəfə satılıb. İşin ən ilğinc tərəfi isə, satılan mənzillərin əksəriyyətinin ümumiyyətlə mövcud olmamasıdır. ​ Şikayətçilər arasında millət vəkilləri tanınmış simalar var.

İstanbul məhkəməsinin məqsədli şəkildə dələduzluq maddəsi ilə baxılan işdə Raci Şaşmaz və tikintini aparan şirkətin daha 11 idarə heyəti üzvü dindirlir. Sübut olunacağı təqdirdə onları həbs və külli miqdarda təzminata cəlb edilməsi gözlənilir.