Türkiyənin daxili işlər naziri Süleyman Soylunun İstanbul meri​ Əkrəm İmamoğlu ilə ulduzları heç cür barışmır. Ən son açıqlamasında onu “axmaq” adlandıran nazirə cavab gecikmədi. İmamoğlu nazir üçün “mən söylənənə və onu soyləyənə baxaram və onun (Soylunun) səviyyəsinə enmərəm. Əsil axmaq 31 mart seçki nəticələrini ləğv edənlərdir” – söylədi.​
Xatırladaq ki, Əkrəm İmamoğlu 31 mart İstanbul Böyükşəhər bələdiyyəsi seçkilərində iqtidar namizədi Binəli Yıldırıma təxminən 14 min səs fərqi ilə qalib gəlsə də seçki nəticələri Ərdoğan hakimiyyəti tərəfindən həzm edilməmiş və nəticələr ləğv edilmişdi. Təkrar seçkilərdə isə İmamoğlu bu fərqi 800 minə çıxararaq, mövcud hakimiyyətə sarsıdıcı zərbə endurmişdi. Seçkilər zamanı da Süleyman Soylu İmamoğluna qarşı aqressivliyi ilə yadda qalmışdı.
NEYTRAL.info