Ekspertlər hücumun​ təsadüfi olmaması qənaətindədirlər.

Dünən gecə 20 nəfərdən terrorçu​ Tacikistanın paytaxtı Düşənbənin 60 kilometrliyindəki “İşkobad” sərhəd zastavasına hücum edib.

​ Tacikistanın Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları İdarəsinin yaydığı məlumatda​ xəbər verirlir ki, maskada olan ışıdçılar​ sərhəd qoşunlarının 5 avtomatını alə keçiriblər.

Aparılan əməliyyat nəticəsində onların 15 nəfəri öldürülüb, 5-i isə əsir götürülüb.

Atışmada Tacikistanın bir sərhədçisi və bir polis nəfəri həlak olub.
Xatırladaq ki, Tacikstan həbsxanalarında çox sayda İŞID mənsubu saxlanılır, bu ilin mayında bir neçə həbsxanada terrorçular üsyana qalxmışdılar.​
Bundan başqa öldürülmüş və həbs olunmuş terroçuların azyaşlı övladlarının böyük bir qismi Tacikistanda saxlanılır. Hələ 2015 – ci ildə terrorçu qrup 1500 ə qədər üzvünü Tacikstan sərhədinə toplamışdı.​ Hücumun səbəbləri araşdırılarkən bu versiyalar diqqətdə saxlanılır.​