REN.TV​ – nin məlumatına görə qəza Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Nəticədə​ 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir.

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, qəza Svetloqorsk-Blaqodarnı-Budyonnovsk avtomobil yolunun 78-ci kilometrində baş verib. “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub.