Dövlət Sərhəd Xidmətinin məlumatına görə 03 noyabr 2019-cu il tarixdə saat 07:30 radələrində Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq ölkə ərazisinə narkotik maddə gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən aşkar edilmişdir.

Sərhədçilərin qanuni tələblərinə əməl etməyən sərhəd pozucusunun təqibi zamanı o, əlindəki çantanı ataraq relyefin mürəkkəbliyindən istifadə edərək İİR istiqamətində geri qaçmışdır.

Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qanunsuz yolla AR ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitə olan 12 kq 730 qram“Kakos”, 7945 ədəd“Metadon 40” psixotrop maddə və bir ədəd soyuq silah (xəncər) aşkar edilərək götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.