Ankaranın Mamak rayonunda Əli Quşçu Astranomiya mərkəsində yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın öncə elmi mərkəzin qülləsində baş verib, sonra bütünlükdə binaya yayılıb.

Astranomiya mərkəzi bazar günü qapalı olması səbəbindən hadisədə ölən və ağır yaralanan olmayıb. Lakin 8 nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Yanğın zamanı baş verən partlayışlardan yaxınlıqdakı binalar zərər görüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, 2017-ci ildə Mamak Bələdiyyəsinin layihəsi olaraq istifadəyə verilən mərkəz tək elm adamlarının tədqiqat yeri olaraq deyil, səma cismləri ilə maraqlanan hər kəsin ziyarət yeri olub.