Prezident İlham Əliyevin təqaüd yaşını ötmüş dövlət məmurları ilə vidalaşmasından sonra gözlər Milli Məclisə çevrildi. Burada onlarla yaşı 70 – ı , 80 – i haqlamış deputatlar var. Düzdür seçkili orqan üçün yaş senzi olmasa da artıq siyasi kulislərdə gələn il baş tutacaq parlament seçkilərində daha gənc namizədlərə üstünlük veriləcəyi gözlənilir. Bu isə bəzi yaşlı deputatları indidən hərəkətə keçirib. Təxminən hər həftə ölkə mediasında bir yaşlı və yaxud sabiq amma gələn seçkilərə ümidlə baxan deputat hələ enerjili olduğunu, müntəzəm idmanla məşğul olduğunu​ bəyan edir. Və sonda topu mənsub olduğu partiyaya, yəni hakim Yeni Azərbaycan Partiyasına atır.​