Istanbul boğazı bələdiyyədən alınacaqmı?

Bütün yetkiləri İstanbul Böyükşəhər Bələdiyyəsinə aid olan Boğazın idarəsi ,​ yeni hazırlanan qanun layihəsinə görə, başqa quruma veriləcək. Bu qurum isə İstanbul bələdiyyəsinə yox, prezidentin təyin etdiyi şəxsə havalə ediləcək. Paralel olaraq, boğaziçi başqanlığı qurumunu formalaşdırmaq üçün ölkənin nəqliyyat nazirliyi qanun layihəsi hazırlayır. Bu idarə birbaşa prezidentə tabe olacaq. Bununla əlaqədar qanunlarda dəyişikliklərdə nəzərdə tutulur.​
İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun buna reaksiyası çox sərt olub. O, bunun niyə 17 ildir edilmədiyini vurğulayaraq, səbəbin İstanbulu artıq başqa partiya təmsilçisinin idarə etməsində görüb. Və bunu qanuna zidd hərəkət və vəzifədən sui – istifadə kimi xarakterizə edib. İmamoğlu bunun gerçəkləşdiyi şəkildə haqqlarını məhkəmədə arayacaqlarını bildirib. Xatırladaq ki, Cumhuriyyət Xalq Partiyasının namizədi kimi Əkrəm İmamoğlu,​ 2019 – cu ilin 23 iyununda İstanbul meri seçkilərində AKP təmsilçisi , Ərdoğanın ən yaxın adamı Binəli Yıldırımı 800 min səs fərqi ilə ağır məğlubiyyətə uğradaq qalib gəlmişdi.
neytral.info