Miqrasiya məsələləri ilə bağlı danışan Fransa prezidenti Makronun “Ukraynalı və polşalı banditlərdənsə , Qvineya və Fil Dişi sahillərindən gələn qanuni miqrantalara üstünlük verərdim” ifadəsi sözü gedən iki ölkə rəsmilərinin şiddətli etirazlarına səbəb olub.

Bununla bağlı Fransanın Ukraynadakı səfiri Etyen de Ponsyen Xarici işlər nazirliyinə çağırılıb və ondan öz prezidentinin sözlərinə aydınlıq gətirməsi tələb olunub.

Emmanuel Makronun Avropa Birliyi üzvü olan Bolqarıstana da yönəlik eyni ifadəni aid etməsi rəsmi Sofiya tərəfindən qəzəblə qarşılanıb.

Məsələ ilə əlaqədar Bolqarıstan Xarici işlər nazirliyi Fransadakı səfir Angel Çolakov vasitəsilə etiraz notası göndərib. Bundan başqa, Fransanın Bolqarıstandakı səfiri Florans Roben də Xarici işlər nazirliyinə çağırılıb.