“Futbol mafiyası olmasaydı, oğlumun daha çox “Qızıl top”u olardı”.

“Report”un məlumatına görə, bunu İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldunun anası Doloreş Aveyru “SIC Noticias”a açıqlamasında deyib. Aveyru bildirib ki, Ronaldu ispaniyalı və ya ingiltərəli olsaydı, onunla belə davranmazdılar: “Bu, oğlumun portuqaliyalı olması üzündən baş verir. Kriştianunun bu il “Qızıl top” alıb-almayacağını bilmirəm. Amma buna inaniram”

Bu mövsüm Ronaldu İtaliya A Seriyasında 8 oyuna 5 qol vurub və 1 məhsuldar ötürmə verib. O, indiyədək 5 dəfə “Qızıl top” əldə edib. Eyni sayda nailiyyətə İspaniya “Barselona”sından Lionel Messi də imza atıb. 2018-ci ildə bu mükafatı “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç qazanıb.