Pakistanın Liyakatpur şəhəri yaxınlığında sərnişin qatarında baş verən partlayış nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Pakistan dəmiryolları naziri Şeyx Raşid Ahmed bildirib.

***​

Pakistanda sərnişin qatarında güclü yanğın olub.

“Report” xəbər verir ki, bu barədə “Geo TV” Pakistanın dəmir yolu şirkətinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 25 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, yanğına qaz balonunda baş verən partlayış səbəb olub. O, bildirib ki, qaz balonu yemək hazırlamaq üçün istifadə olunub. Digər məlumatlarda ölənlərin sayının 13 nəfər olduğu bildirilir.

Güclü alov qatarın 3 vaqonunu bürüyüb. Sərnişin qatarı Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edirmiş.