APA-nın əldə etdiyi məlumata görə, Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda Fazil Nəhmətov idarə etdiyi “Volkswagen” markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobillə yolu keçən 30-35 yaşlarında olan qadını vurub. Piyada hadisə yerində ölüb.

Hadisənin törədən sürücü F.Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir.

F.Nəhmətov APA-ya açıqlamasında faktı təsdiqləyib.