Rusiyanın Müdafiə naziri Sergey Şoyqu MDB ölkələri iştirakçılarının Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib.

Сергей Шойгу

“İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr kompleksinə baxılacaq”, – deyə Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib. Bundan başqa, 2019-cu ildə hərbi sahədə qarşılıqlı əlaqələrin yekun vurulması, MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası layihəsinə baxılması nəzərdə tutulur.

Qeyd edək ki, Müdafiə Nazirləri Şurasının iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcəklər.​