Диего Марадона

Ximnasiya və Esqrima” komandasının baş məşqçisi Dieqo Maradona futbol üzrə Argentina çempionatının XI turunda “Nyuells Old Boys”la oyun zamanı taxtda oturub.

“Report”un məlumatına görə, əfsanəvi futbolçunun taxtı gözəlliyi ilə diqqət çəkib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Ximnasiya və Esqrima” 3 matçda 2-ci qalibiyyətinə imza atıb.

Qeyd edək ki, Dieqo Maradona 1993/1994 mövsümündə “Nyuells Old Boys”un heyətində 5 oyun keçirib. O, “Ximnasiya və Esqrima”ya sentyabrda baş məşqçi təyin olunub. Bu komanda 11 turdan sonra 7 xalla axırdan 2-ci yeri tutur. Növbəti turda rəqib “Estudiantes” olacaq.