“France Football” jurnalının ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutduğu “Qızıl top” mükafatı İtaliyanın “Yuventus” komandasının hücumçusu​ Kriştianu Ronalduya təqdim olunacaq.

​"Qızıl top"a namizədlərin yeni siyahısı açıqlanıb

“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, Fransa nəşrinin nümayəndələri bununla əlaqədar Turində 34 yaşlı forvard və klubun idman direktoru​ Fabio Paratiçi​ ilə görüşüblər. Jurnalistlərin Ronaldudan qalib elan olunandan sonra yayımlanması üçün nəzərdə tutulan müsahibə götürdükləri ehtimal edilir.
Qalibin adı dekabrın 2-də Parisdəki Şatle teatrında təşkil olunacaq mərasimdə elan olunacaq. Bu ada 30 futbolçu namizəd göstərilib.
Qeyd edək ki, “France Football”ın 1956-cı ildə təsis etdiyi “Qızıl top” mükafatını hamıdan çox – 5 dəfə Ronaldu ilə İspaniya təmsilçisi “Barselona”nın argentinalı kapitanı​ Lionel Messi​ alıb. Ötən il mükafata İspaniyanın “Real Madrid” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.