Bu gün müğənni cəzasının müddəti bitmədən azad edilib. O hazırda evindədir.

​Qeyd edək ki, F.Laçın xüsusi təyinatlı vaqondan “Qoca” ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilirdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edilmişdi. Ötən ay keçirilən məhkəmədə elan olunan qərara əsasən müğənni Fədayə Laçının cəzası 2 ilə endirilib.