Real Tv rəhbəri pensiyaya göndərilən Ramiz Mehdiyev və digər iri məmurları, sovet təfəkkürünün qalıqları , yeni təfəkkür üçün qəbul edilməz reallıqlar kimi xarakterizə etdi. ​ Sitat..

“Prezident kadr dəyişmir, hökuməti dəyişir. Hətta mən deyərdim ki, Azərbaycanda sovet hökuməti təfəkkürünün tam ləğvi baş verir”.

“Əliyev səmimidir. Hər kəsin anlaya biləcəyi bir tərzdə izah edir, öz siyasətini anladır. Köhnələrlə nəzakətlə vidalaşır. Amma onların yeni zaman saatından geri qaldıqlarını da cəmiyyətə çatdırmaqdan çəkinmir. Yeni təfəkkür üçün qəbul edilməz reallıqların üzərinə çılğın, amma soyuqqanlı görünərək gedir”.

İndi isə cəmi bir neçə il əvvəl Mirşahinin Ramiz Mehdiyev haqqında yazdıqlarından kiçik bir hissəni veririk.

“Biz ​ Ramiz Mehdiyevi müasir Azərbaycan Dövlətinin banilərinin sıralarında hələ 1989-cu ildən görürük. Bu insan o zamanın qorxaq establişmentindən yeqanə adam olaraq tələbə azadlıq hərəkatının içinə qatılmış və bizim problemlərimizi və tələblərimizi öyrənərək hökümət və xalq arasında bir körpü qurmuşdu. Sonralar Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri, ideoloji forpostu və bu gün də çiçəklənməkdə davam edən Azərbaycanın dövlətçilik ənənələrinə peşəkarcasına xidmət edən əsl alimdi!”…