Kanadada təyyarə qəzası nəticəsində 3 nəfər ölüb 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Manitoba vilayətində qeydə alınıb.

Regionun paytaxtı Vinnipeqdən 280 kilometr şimal-şərqdə təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər itkin düşüb.

Xilasedicilər təyyarənin qalıqlarını aşkarlayıblar. Hazırda itkin düşənlərin axtarışları aparılır. Axtarışlara dalğıclar da cəlb edilib.