2019-cu ildə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü tamam olur.

Azərbaycanda yeni 5 manatlıq dəmir pullar buraxıldı- FOTO

BAKU.WS​ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Azərbaycanda yeni 5 manatlıq gümüş pullar buraxıldı

Məlumatda həmçinin deyilir ki, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə AMB nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanını tədavülə buraxıb.

Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir.

Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.