Mixail Xodorkovskinin “Dosye” Mərkəzi Afrika Respublikasında üç rusiyalı jurnalistin-Orxan CAmalın, Aleksandr Rastorquyevin və Kirill Radçenkonun qətlə yetirilməsi halları barədə yekun məruzəni dərc edib. Araşdırmaçılar Rusiya XİN-in rəsmi versiyasını əsassız hesab edirlər. “Dosye” nin yeni məruzəsində Cənubi Afrika Respublikasının Milli jandarmeriyasının​ materiallarına əsaslanır.

İstintaq Komitəsinin rəsmi versiyasına görə, ​ rusiyalı jurnalistlər soyğunçuluq məqsədi ilə qətlə yetiriblər. 31 iyul 2018-ci il gecəsində Cemal, Rastorguev və Radçenkonun olduğu avtomobilə ərəbcə danışan və üzü örtülü on kişi ​ hücum edib.

Rusiya XİN-i sui-qəsdinin ildönümündə, öldürülənlərin əşyalarının nəhayət İstintaq Komitəsinə verildiyini, istintaqın davam etdiyini və yaxın gələcəkdə onun nəticələrinin ictimaiyyətə məlum olacağını bəyan edib. Bundan başqa, XİN günahın bir hissəsini jurnalistlərin CAR-a ezamiyyətinin təşkilatçılarının üzərinə qoyub.

Rusiya XİN – in 1 avqust 2019-cu il tarixli bəyanatında bildirilir ki,” çəkiliş qrupunu CAR – a ​ göndərənlər nə jurnalistlərin gəlişi, nə də səfərin məqsədləri barədə Rusiya səfirliyinə məlumat verməyiblər.

“Dosye” Mərkəzinin araşdırmaçıları rəsmi versiya ilə qətiyyən razı deyillər. Onların sərəncamına Milli Jandarmeriya Mərkəzi İcraiyyə Komitəsinin işinin materialları daxil olub və onun sözlərinə görə, hələ ötən ilin avqustunda müstəntiqlər müəyyənləşdiriblər: qətl əvvəlcədən planlaşdırılıb, onun icraçıları jurnalistlərin hərəkət qrafikini dəqiq bilirmişlər.

Qatillərın peşəkarlar olduğu təsbit edilib. Yarılmanın nəticələri göstərir ki, sutkanın qaranlıq vaxtına baxmayaraq, atəşlər dəqiq açılıb. Öldürülən jurnalistlərin,şəxsi əşyaları, o cümlədən qiymətli əşyalarıtoxunulmaz qalıb.

Bununla yanaşı, “Dosye” ​ vurğulayır ki, Mərkəzi Afrika istintaqı da cinayətin ​ soyğunçuluq məqsədi ilə edildiyini bildirib.

Kiril Radçenko, Aleksandr Rastorquyev və Orxan Camal ötən ilin iyul ayında CAR-a getmişdilər. Onlar rusiyalı muzdlular haqqında, bu işlə məşğul olan “ÇVK Vaqner” kompaniyası haqda ​ sənədli film çəkməyə hazırlaşırdılar. Bu şirkətin məhşur biznesmen , “Putinin aşbazı” ləqəbli biznesmen Yevgeni Priqojininin himayəsində olduğu haqda tutarlı dəlillər var. Jurnalistlər mühüm bilgilərə malik ​ kod adı Martin olan ​ ağent ​ ilə görüşə gedərkən öldürüldü. Bu insanı sonradan tapmaq mümkün olmadı.