Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının sosial şəbəkədə “Ailə uşaq komitəsinə ehtiyac duyulur ki? Yaxud bu komitənin varlığını kimsə hiss edir ki? Bu komitə demək olar ki yoxdur” iradına Komitənin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun cavabı etik normalardan kənar olub, o yaşlı xanım və tanınmış ictimai fəal və hüquq müdafiəçisinı təhqir edib:

“Dövlət Komitəsinin fəaliyyətini görməyən kör insandır. Sadaladığınız insanlar Hicran Hüseynovanın kadrlarıdı. Xanımın rəhbərliyi və dəstəyi ilə formalaşıblar. Komitə Azərbaycanda gender bərabərliyi və məişət zorakılıqla mübarizə sisteminin yaradılmasında iştirak edib. Bizim fəalliyətimiz hər gün aparılır: təlimlər, proqramlar, hesabatlar, preventiv tədbirlər, qurbanlarla iş, psixolojı və hüquqi yardım və s. Olan səlahiyyətlərlə müqayisə etsək bu son 15 il ərzində görülən işlər müqayisəedilməzdi. Bu işdə Hicran xanımın çox böyük töhvəsi var. QHT-nin və Komitənin fəalliyyəti birgə olmalıdı. QHT-lər dəstək almalıdı. Komitə ləğv edilsə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində mərkəzi qurum olmayacaq. Sonda bir sözdə deyim: İt hürər, karvan keçər”.

Mirvari Qəhrəmanlı isə təhqir olunduğunu bildirib: “Kor özünsən.Ayıb olsun sənə. Heç gözləməzdim səndən. Mən düşündüyümü, gördüyümü deyirəm. Buna görə məni təhqir eləməlisən ki? Sonda isə deyirəm; İt özünsən.Tərbiyəsiz! Mən fikrimi bildirdim sən məni təhqir etdin. Bəlkə də nəvəm yaşındasan. Sənə kim haqq verib məni təhqir etməyə? Səni aşağılayacaq nəsə yazdım ki? Yenə də utan, yerə gir. Mən səni tərbiyəli peşəkar bir insan hesab edirdim. Gör sizə müraciət edən qadınlarla necə davranırsınız”.

Mirvari Qəhrəmanlı Elgün Səfərova, ondan üzr gözlədiyini xatırladıb. E.Səfərova isə bundan sonra susaraq heç bir şərh yazmayıb.
Aktual.az