25 dərəcə soyuq konteynerdə müəmmalı şəkildə donub öldülər.

Esseks polisi deyib ki, ölənlərdən biri yeniyetmə, 38-i isə böyükdür. Polis yük maşınının Bolqarıstandan gəldiyini bildirib. İngiltərənin Esseks qraflığında yerləşən Uoterqleyd Sənaye Parkında içərisində 39 nəfərin meyiti olan yük maşını tapılıb. Yük maşınının 25 yaşlı sürücüsü qətl törətmək şübhəsi ilə saxlanılıb. Onun Şimali İrlandiyadan olduğu bildirilir. Esseks polisi məlumat yayıb ki, yük maşının İrlandiyadan gələn gəmilərin istifadə etdiyi Gellerdəki Holyhead limanından ölkəyə daxil olub.

Bu arada, verilən məlumatlara görə, yük maşını Böyük Britaniya ərazisinə bazar günü Uelsdə yerləşən Holihed limanı vasitəsilə daxil olub.

Faciə ilə bağlı ölan ölkələrin rəsmiləri də açıqlama ilə çıxış ediblər.

İrlandiya prezidenti Leo Varadkar “Hadisə ilə bağlı əlimizdə dəqiq  məlumat yoxdur lakin yük maşınının İrlandiyadan keçdiyinə dair bəzi məlumatlar var” deyə söyləyib. İrlandiya polisinin, məsələyə aydınlıq gətirmək üçün Esseks  polisi ilə birlikdə çalışdığı söylənildi.

İngiltərə Daxili İşlər naziri Priti Patel, hadisə ilə əlaqədar ilk şərhdə, “şok içindəyik və böyük bir kədər yaşayırıq. Çox faciəli bir hadisə” deyib.

Bu çinli qaçqınların yaşadığı ikinci böyük faciədir.

Xatırladaq ki, İngiltərədə 2000 – cı ildə Ingiltərənin Dover şəhərində bir yük maşınında  58 çinlinin cəsədi tapılmışdı.