AKP hökuməti bu dəfə “Çox qazanandan çox, daha az qazanandan az vergi” ​ devizi altında ​ bəzi vergi qanunlarında dəyişikliklərin də olduğu təklifləri Türkiyə Böyük Millət Məclisinə ​ təqdim etməyə hazırlaşır.

​ Yaşayış vergisinə ​ 2 faiz əlavə edilib. Bu yaşayış sahəsini icarəyə verənlərdən alınacaq. 2020-ci ildə 1 faiz, daha sonrakı illərdə isə 2 faiz hesabla tətbiq ediləcək.

2020-ci ilin Aprel ayında bu vergi qüvvəyə minəcək. Gəlir vergisininin ən yuxarı həddini 40 faizə qədər artır. ​ Bu o deməkdir ki, 500 min TL və ondan daha çox qazanc əldə edənlər 40 faiz miqdarında gəlir vergisi ödəyəcəklər.

İdman hakimləri üçün tətbiq olunan vergi istisnasını qaldırırıq.

Dəyərli mənzil vergisinin tətbiqi ilə mənzil dəyəri 5 ilə 7.5 milyon lirə arasında olanlar ildə mində 3, 7.5 -10 milyon arası mində 6 və 10 milyondan daha çox dəyəri olanlar 100-də bir nisbətində vergi ödəyəcəklər.

Futbolçuların gəlir vergisi 20 faizə yüksələcək.

Rəqəmsal mediada təklif olunan məzmuna və hər cür reklam və vasitəçilik xidmətlərinə görə 7.5% vergi tutulacaq.

Paketin məqsədi çox gəlir əldə edəndən vergi nisbətinə görə çox, az qazanandan isə daha az vergi almaqdır.

Xarici valyuta əməliyyatları üzrə vergi dərəcələrini mində 1-dən 2-yə qaldırılması təklif olunur.