Первопроходцы истории прессы

Neytral.info Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon 133 min 184 manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Vəsaitlərin mətbu orqanlarına hansı kreteriyalara əsasən verilməsi , səslənən iradlar , ümumiyyətlə bu proses haqda araşdırmamızla​ yaxın günlərdə saytımızda tanış ola bilərsiniz.