Vaşinqton, Ankaranın Suriyanın şimal-şərqində başlatdığı hərbi əməliyyatla əlaqədar Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv edib.

Neytral.info – un ​ TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü ABŞ prezidenti Donald elan edib.

Vaşinqton administrasiyasının rəhbəri deyib: “Mən, maliyyə naziri Stiven Mnuchinə oktyabrın 14-də tətbiq olunan bütün sanksiyaların ləğvinə dair göstəriş verdim”.

Eyni zamanda, ABŞ-ın lideri Türkiyənin Suriyadakı addımlarından razı qalmadıqları təqdirdə, sanksiyaları bərpa etməyə hazır olduğunu açıqlayıb: “Sanksiyalar, bizim xoşlamadığımız bir şey olmayana qədər ləğv olunacaq”.

Tramp, Ankaranın Suriya aid üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, Türk poladına və Türkiyədən gətirilən digər mallara rüsumları əhəmiyyətli dərəcədə artıracağını söyləyib.