Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü başa çatıb. Suriyanın şimalında təhlükəsiz bölgə danışıqların əsas mövzusu olub. Türkiyə tərəfi bundan sonra kürd silahlı birləşmələrinə bölgədən uzaqlaşmaq üçün daha 150 saat zaman tanıdı. Açıqlanan bilgiyə görə Rusiya prezidenti bu razılaşmanın qarantı kimi çıxış edib.