Prezident İlham Əliyev iqtisadi inkişaf naziri Şahin Mustafayevi vəzifəsindən azad edərək, onu baş nazirin müavini postuna təsdiq etdi. Çox güman ki, Şahin Mustafayev Nazirlər Kabinetində iqtisadiyyatın bu və ya digər sahələrini kurasiya edəcək.

Şahin Mustafayev İlham əliyev ile ilgili görsel sonucu

Prezidentin yanında son iqtisadi müşavirədə İlham Əliyev qeyri – neft sektorunun inkişafı ilə bağlı gedən işlərdən məmnun olmadığını dilə gətirmiş , buna cavabdeh olanları, bilvasitə Şahin Müstafayevin başçılıq etdiyi nazirliyin işini tənqid etmişdir.

İlham Əliyev​ müşahirədə, – ​ “ İnvestisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük” demişdi.