Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri və baş Nazirin yeni köməkçisi təyin edilib.

APA-nın ​ xəbərinə görə, baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatını işlər müdiri, Ələsgər Ələsgərov isə baş nazirin köməkçisi təyin olunub.​ Xatırladaq ki, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər.