Samir Şərifov

Gələn il üçün ​ dövlət​ büdcəsinin​ ​ ​ xərcləri 25617,7mln.​ ​ ​ manat​ ​ ​ məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7mln. manat çoxdur. Büdcə xərclərinin tərkibində sosial yönlü​ xərclərin​ xüsusi ​ çəkisi 40,7​ faiz​ təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz-bəndi və ya 2664,2 mln. manat çoxdur.

Gələn ilin dövlət büdcəsinin gəlirləri isə 24484,0 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1,316 mln. manat və ya 5,7 faiz çoxdur.

2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1,134,2 mln. manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 887,8 mln. manat və ya 43,9 faiz azdır.

Builki büdcədə neftdən asılılığın müəyyən qədər azalması nəzərdə tutulur.​ Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış olacaq.