Картинки по запросу "ABŞ-ın Azərbaycandakı səfirliyi oktyabrın 19-da Bakıda icazəsiz etiraz aksiyası ilə bağlı bəyanatla çıxış edib"
Картинки по запросу "ABŞ-ın Azərbaycandakı səfirliyi oktyabrın 19-da Bakıda icazəsiz etiraz aksiyası ilə bağlı bəyanatla çıxış edib"

“Biz hökumətə polis tərəfindən zorakılıq barədə məlumatların araşdırılmasına, günahkarların məsuliyyətə cəlb edilməsinə və həbs olunanların mümkün qədər tez azad edilməsini təmin etməyə çağırırıq.

İnsan hüquqlarına təminat Sərbəst toplaşmaq və öz baxışlarını ifadə etmək güclü cəmiyyət üçün əsasdır. Hökumətin şəhər mərkəzinə yaxın rayonlarda dinc nümayişlərin qadağan olunması, yaxud öz fikrini ifadə etmək istəyən vətəndaşlara qarşı zorakılığın tətbiq edilməsi üçün atdığı hərəkətlər insanlara bu hüquqlardan istifadə etməyə imkan vermir və Azərbaycanı zəiflədir.

Etiraz aksiyaları zamanı İnternetə çıxışın məhdudlaşdırılması Azərbaycanın maraqlarını müdafiə etmir, daha çox ölkənin imkanlarını məhdudlaşdırır. Sərbəst toplaşmaq azadlığı və söz azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunmuş fundamental azadlıqlardır və biz hökuməti bu azadlıqları təmin etməyə və müdafiə etməyə çağırırıq.

Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə tərəfdaşlığını qiymətləndirir və xalqlarımıza fayda verəcək məsələlər üzrə dialoqun dərinləşdirilməsinə ümid edir”, — deyə bəyanatda bildirilir.