“Polis zorakılığı araşdırılsın və toplaşmaq azadlığı təmin edilsin”

Avropa İttifaqı rəsmiləri Bakıya gəlir

Avropa İttifaqı ​ ​ Azərbaycan hakimiyyətini polisin Bakıda 19 oktyabr dinc mitinqinin iştirakçılarına qarşı aşırı zorkılıq hallarını ​ araşdırmağa çağırır. Bunu Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerninin mətbuat katibi​ Mariya Kosyançiç bəyan edib. ​ ​

“Aksiyanın dağıdılması və iştirakçıların saxlanılması üçün aşırı gücdən istifadə edildiyi haqda məlumatlar var. Hökumət belə halları araşdırmalıdır. Biz həmçinin hakimiyyəti həbs olunan dinc etirazçıları azad etməyə çağırırıq.