Rusiyanın Moskva vilayətinin Ramenski rayon deputatı tatyana Sidorova, əri, oğlu və bacısının 7 il əvvəl öldürülüb basdırıldığı yerdən çıxardılar. Onları 2012 – ci ilin fevralında kriminal avtoritet Şişkanovun əmri ilə oğurlayıb , qətlə yetirmişdilər.

7 il öncə öldürülən deputatla ailə üzvlərinin meyitləri tapıldı

Ramenski ​ rayonunda həlak olanların meyitlərinin axtarışında Rusiya Federasiyası DİN-in Baş Cinayət-Axtarış İdarəsinin, İstintaq Komitəsinin və FSB-nin əməkdaşları iştirak ediblər. Bunun üçün 0,2 hektar sahəni 10 metrə qədər dərinlikdə qazmalı olublar. Güllə çuxurlarına görə, ən azı dörd nəfərin ikisinın baş nahiyəsinə atəş açılaraq öldürüldüyü təsbit edilib .

Ramenski rayonunun deputatı və yerli heyvandarlıq müəssisəsinin baş direktoru Tatyana Sidorova , ​ onun 73 yaşlı həyat yoldaşı, 28 yaşlı oğlu və 64 yaşlı təqaüdçü bacısı oğurlandı. Deputat nəzərdə tutulan müşavirəyə gəlmədikdə Rayon Administrasiyasının əməkdaşları ilk həyəcanı qaldırdılar. Malaxovo kəndindəki evinə gələn sürücü , evinin ​ darmadağın olduğunu v, qan izləri olduğunu görən kimi polis çağırdı. “Qətl” və “insan oğurluğu”maddələri ilə cinayət işi açılıb.

İstintaqın məlumatına görə, Oleq Şişkanov (soyadını Medvedevə dəyişdi) Moskva vilayətində qətllər və qəsblərlə məşğul olan bir dəstəyə ​ rəhbərlik etmişdir. Onu Rusiyada ən nüfuzlu kriminal avtoritetlərdən biri adlandırırdılar. Şişkanov yaxalanaraq ötən yay həbs olunmuşdu. ​

Güman edilir ki, bu “Şişkan” ləqəbli avtoritetin nə birinci, nə də sonuncu cinayətidir.​ ​