Bir qrup feminist qadın Bakının Nizami küçəsində, “Torqovı” adlanan ərazidə aksiya keçirib.​

APA-nın məlumatına görə aksiya iştirakçıları qadınlara qarşı​ zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib, “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarları səsləndiriblər.​Onlar Azərbaycanın məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan İstanbul konvensiyasına qoşulmasını tələb ediblər.​Polis icazəsiz aksiyanın qarşısını alıb. Aksiyada heç bir insident baş verməyib.