Litva Hərbi Hava Qüvvələrinin (HHQ) helikopteri Rusiya dənizçisini xilas etmək üçün əməliyyatlarda iştirak edib. Bu barədə TASS Litvanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) mətbuat xidmətinə istinadən məlumat verir.

Hərbi dəniz donanmasının mətbuat zabiti Ramunas Kajerskasın sözlərinə görə, əməliyyat tibbi yardıma ehtiyacı olan Rusiya vətəndaşının olduğu ​ “Moskova prospekti” tankerinin göyərtəsində həyata keçirilib. Tanker özü sahildən beş kilometr məsafədə Butinq neft terminalının yaxınlığında olub.

Yardım xahişi ilə siqnal təxminən 2 saat ərzində xilasetmə koordinasiya Mərkəzinə daxil olub. Xilasetmə əməliyyatını həyata keçirmək üçün Litva Hərbi Hava Qüvvələri universal ​ “Dopin” helikopterini havaya qaldırdı və o, rus dənizçini götürərək ​ Klaypeda Şəhər Xəstəxanasına çatdırıb.

Hal-hazırda 32 yaşlı rusiyalı dənizçi ​ üçün heç bir həyati təhlükə yoxdur, sadəcə qolu əzilib.

Oktyabrın 16-da Litva və Rusiya casusl və məhkumların mübadiləsi barədə razılığa gəliblər. Vilnüs 2016-cı ildə məhkum olunmuş Litva vətəndaşları Yevgeni Mataytis və Aristidas Tamoşaytisin qarşılığında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Nikolay Filipçenkonu Moskvaya verməlidir. Mübadilə haqqında sazişə Rusiyada məhkum olunmuş Norveç vətəndaşı və daha bir rusiyalı da daxil edilib, deyə mənbələr bildiriblər.